Главная > Baş Xəbər > İraqın şimalında Türkiyənin 2 hərbçisi şəhid olub

İraqın şimalında Türkiyənin 2 hərbçisi şəhid olub


16-10-2017, 20:15.

                       İraqın şimalında Türkiyənin 2 hərbçisi şəhid olub

 

İraqın şimalında Türkiyənin 2 hərbçisi şəhid olub, biri ağır olmaqla 3-ü yaralanıb. Türkiyə KİV xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Belə ki, Zap bölgəsində Türkiyə hərbçilərinin avtomobilinin keçdiyi yolda əldəqayırma partlayıcı partladılıb və PKK terrorçuları ilə silahlı qarşıdurma yaranıb.

Bundan sonra Türkiyə Hərbi Hava Qüvvələri ərazini bombalayıb, nəticədə 8 terrorçu məhv edilib.

 


Вернуться назад