Главная > İdman > Kaka ağlayaraq azarkeşlərlə vidalaşdı

Kaka ağlayaraq azarkeşlərlə vidalaşdı


16-10-2017, 16:11.

                             Kaka ağlayaraq azarkeşlərlə vidalaşdı - FOTO

 

ABŞ-ın "Orlando Siti” klubunun futbolçusu Kaka mövsümün sonunda - bu ilin dekabr ayında komandasından ayrılacaq.

 

Qol.az-ın məlumatına görə, braziliyalı yarımmüdafiəçi "Orlando Siti”nin öz meydanında sonuncu oyununa çıxıb.

MLS liqasında "Kolumbus Krev"ə uduzduqları (0:1) oyunda azarkeşlərlə vidalaşan 35 yaşlı futbolçu göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, 3 ildir "Orlando Siti”də çıxış edən Kaka bu mövsüm keçirdiyi 22 oyunda 6 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

 

"ULUYOL"

Вернуться назад