Главная > Siyasət > Rusiyadan Kərkük döyüşlərinə rəsmi - Münasibət

Rusiyadan Kərkük döyüşlərinə rəsmi - Münasibət


16-10-2017, 16:18.

                                      Rusiyadan Kərkük döyüşlərinə rəsmi -Münasibət

 

Moskva rəsmi Bağdadla müsbət istiqamətdə əlaqələri davam etdirməyin tərəfdarıdır.

"Uluyol" axar.az-a istinadən xəbər verir ki, bu sözləri Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib.

"İraqla mühüm ticarət dövriyyəsinə malikik. Bundan başqa, İraq kürdləri ilə də tarixən dostluq əlaqələrimiz var. Rusiya üçün həm İraq, həm də Kürd Muxtariyyəti ilə əlaqələrin olması vacibdir. Biz İraqın ərazi bütövlüyünü dəstəkləyirik və problemin sülh yolu ilə həll edilməsini istəyirik. Eyni zamanda, kürdlərin də hüquqlarının qorunmasının tərəfdarıyıq”, - Peskov bildirib.

Qeyd edək ki, İraq ordusu bu gün gecə saatlarından etibarən Kərkükdə əməliyyata başlayıb. Artıq bir neçə strateji mövqe peşmərgədən azad edilib.

 

 
Uluyol.az

Вернуться назад