Главная > Dünya > İŞİD-in anbarlarından ABŞ silahı çıxdı

İŞİD-in anbarlarından ABŞ silahı çıxdı


15-10-2017, 22:41.

                       İŞİD-in anbarlarından ABŞ silahı çıxdı

 

Suriya ordusunun azad etdiyi Mayadin şəhərindəki İŞİD-ə aid anbarlarda xeyli sayda silah-sursat aşkarlanıb.

Axar.az xəbər verir ki, bu barədə Suriya ordusunun polkovniki Rəhmi Mauvas açıqlama verib.

"Buradakı anbarlar həqiqətən də çox böyükdür. Gördüyüm silahların miqdarı məni xeyli təəccübləndirdi. Burada İsrail ABŞ, Qərb və Şərq ölkələrində istehsal olunan yüzlərlə, hətta minlərlə silah var”,- deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Rusiya Müdafiə Nazirliyi əməliyyat nəticəsində Mayadindəki İŞİD terror qruplaşmasının zərərsizləşdirildiyini və şəhərin tamamilə azad edildiyini açıqlamışdı.

 


Вернуться назад