Главная > Dünya > Somalidə üç günlük matəm elan olunub

Somalidə üç günlük matəm elan olunub


15-10-2017, 20:14.

                                     Somalidə üç günlük matəm elan olunub

 

Somali prezidenti Məhəmməd Farmaco bazar günü paytaxt Moqadişoda törədilən terror aktından sonra ölkədə üçgünlük matəm elan edib.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb.

Şənbə günü ölkə paytaxtında törədilən terror aktı nəticəsində 189 nəfər ölüb, daha 200 nəfər yaralanıb. Onlarla insan hələ də, itkin düşmüş hesab olunur.
"Voa Somali" portalı şəhər morqlarında 231 meyitin olduğunu yazır.


Вернуться назад