Главная > Dünya > “Taliban” terror aktına görə məsuliyyəti öz üzərinə götürdü

“Taliban” terror aktına görə məsuliyyəti öz üzərinə götürdü


20-01-2016, 16:20.
 
Taliban” təşkilatının Pakistan qolu sayılan "Təhrik-i-Taliban Pakistan” bu gün səhər Çarsadda şəhərindəki universitetə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Virtualaz.org saytı Daily Pakistan-a istinadən xəbər verir ki, terrorçulardan 4 nəfəri öldürülüb.

Xatırladaq ki, terror aktı nəticəsində 25-dən çox ölənin olduğu deyilir. Bunların əksəriyyəti universitetin müəllim və tələbələridir. 60-a yaxın yaralı var.

Alınan xəbərlərə görə, hücum zamanı universitet binasında poeziya müsabiqəsi keçirilirmiş və binada 600 nəfərdən çox adam olub.

*   *   *11:44

Pakistanın Hayber-Paxtunxva bölgəsində yerləşən Çaharsada şəhərindəki universitet binasına terrorçuların hücumu nəticəsində ölənlərin sayı 25-ə yüksəlib.

Virtualaz.org saytı Türkiyənin "Anadolu” agentliyinə istinadən bildirir ki, Pakistanın Hayber-Paxtunxva bölgəsində yerləşən Çaharsada şəhərindəki universitet binasına terrorçuların hücumu nəticəsində ölənlərin sayı ən azı 25 nəfərdir.

Pakistan təhlükəsizlik qüvvələrinin məlumatına əsasən, terrorçular universitet həyətinin divarını aşaraq binaya daxil olmuş və qarşılarına çıxan müəllim və tələbələrə atəş açıblar.

Hazırda silahlıların universitet binasında gizləndikləri qeyd olunur. Son məlumatlara görə, hadisə nəticəsində ölənlərin sayı 25-lə 30 arasındadır. 60-dan çox yaralı var.

*   *   *11:16

Pakistanın Hayber-Paxtunxva vilayətində baş vermiş terror hadisəsində ən azı 15 nəfər həlak olub.

Virtualaz.org saytı TASS agentliyinin xəbərinə əsasən bildirir ki, bu gün səhər saatlarında Pakistanın Hayber-Paxtunxva vilayətində yerləşən universitet binasına hücum qeydə alınıb. Terror aktı nəticəsində azı 15 nəfər həlak olub.

Daha öncə universitet binasının terrorçular tərəfindən zəbt olunması nəticəsində 50 nəfərin yaralandığı bildirilmişdi.

Pakistan polisi 2 terrorçunun məhv edildiyini xəbər verib.


Вернуться назад