Главная > Kriminal > Moskvada məşhur “qanuni oğru” həbs olunub

Moskvada məşhur “qanuni oğru” həbs olunub


15-10-2017, 15:37.

                            Moskvada məşhur "qanuni oğru” həbs olunub

Rusiya hüquq-mühafizə orqanları məşhur "qanuni oğru” İlyas Sarkiyevi saxlayıb.

Oxu.Az RİA novosti agentliyinə istinadən xəbər verir ki, "Vovçik” ləqəbi ilə tanınan avtoritet dələduzluqda ittiham edilir.

Belə ki, o, 2013-cü ildən 2016-cı ilədək olan müddətdə tanışlarından aldığı 25 milyon rublu mənimsəyib.

Qeyd edək ki, 1945-ci ildə Mahaçqalada anadan olan İlyas Sarkiyev ömrünün yarıdan çoxunu həbsxanada keçirib. Bu dəfəki əməlinə görə isə "Vovçik”i 10 ilədək həbs gözləyir.

 


Вернуться назад