Главная > Ölkə > Məzhəbçiliyi təbliğ edən saytlara ciddi nəzarət olunmalıdır

Məzhəbçiliyi təbliğ edən saytlara ciddi nəzarət olunmalıdır


14-10-2017, 18:05.

Məzhəbçiliyi təbliğ edən saytlara ciddi nəzarət olunmalıdır

Ancaq ekspert bildirib ki, həqiqi dini maarifləndirmə aparan saytların fəaliyyətinə mane olmaq olmaz

 

 

 

"Azərbaycanda dini qarşıdurma yaradan, məzhəbçiliyi təbliğ edən saytlar aşkarlanıb”. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib. O bildirib ki, Komitə mütəmadi olaraq çap və elektron KİV-in monitorinqini aparır:

 

"Monitorinqlər zamanı ölkədə dini ayrı-seçkilik salan, qarşıdurmaya rəvac verən saytların olması üzə çıxıb. Bu saytların əksəriyyəti dini qaynaqlıdır. Baxmayaraq ki, özlərini "xəbər saytı və portalı” kimi təqdir edirlər, amma onların əksəriyyəti sırf dini mahiyyət daşıyan, dini qruplar tərəfindən idarə edilən internet resurslardır”. Komitə rəsmisi bəyan edib ki, həmin saytlarla bağlı müxtəlif vaxtlarda hüquq-mühafizə orqanlarına müraciət edilib, lazımi tədbirlər görülüb: "Bu cür saytların əksəriyyəti, demək olar ki, xarici ölkələrdən idarə olunur. Onların domenlərinə baxanda da bunu görmək mümkündür”.

 

 

Təhlükə ilə bağlı "Şərq”ə danışan ilahiyyatçı-alim Hacı Atif İsmayılov milli-mənəvi dəyərlərimizə ziyan vuran, cəmiyyətdə nifaq yaratmağa çalışan saytlarla bağlı ciddi tədbirlərin görülməsinin zəruri olduğunu deyib.

 

Ancaq ekspert bildirib ki, həqiqi dini maarifləndirmə aparan saytların fəaliyyətinə mane olmaq olmaz:

 

"Konstitusiyamızda bəyan edildiyi kimi Azərbaycanda "din dövlətdən ayrıdır”. Qanun çərçivəsində dini informasiyaların yayılmasına problem yoxdur və onlar üçün hər cür şərait yaradılıb. Hər kəs siyasi motivlər olmadan dini-maariflənmə işini rahat şəkildə həyata keçirə bilər. Əgər kimsə öz işini qanunlara uyğun qurursa və heç bir xarici ölkənin təsiri altında zərərli fəaliyyət göstərmirsə, bunun təhlükəsi yoxdur. Milli dəyərlərimizə və dövlətçiliyimizə yad olan bəzi qeyri-ənənəvi təriqətlər mövcuddur. Həmin təriqətlərin təbliğatı ilə məşğul olan saytlarla bağlı tədbirlər görülməlidir. Hesab edirəm ki, müvafiq qurumlar, o cümlədən Dini Komitə məsələni nəzarətdə saxlamalıdır”.

 

İsmayıl, sherg.az

 

 


Вернуться назад