Главная > Cəmiyyət > Psixiatriya xəstəxanasına yerləşdirilmiş AXCP fəalı aclığı dayanadırıb

Psixiatriya xəstəxanasına yerləşdirilmiş AXCP fəalı aclığı dayanadırıb


14-10-2017, 18:47.

                 Psixiatriya xəstəxanasına yerləşdirilmiş AXCP fəalı aclığı dayanadırıb

 

 

AXCP fəalı Füzuli Hüseynov AXCP sədri Əli Kərimlinin xahişi ilə oktyabrın 14-də günorta saatlarında quru aclığı dayandırıb.

Bu barədə vəkil Əsabəli Mustafayv bu gün psixiatriya xəstəxanasında Füzuli Hüseynovla görüşündən sonra Amerikanın Səsinə bildirib.

"Onun psixiatriya xəstəxanasına göndərilməsinin səbəbi quru aclıq etməsi olub. Hüseynov bir neçə gün su və yemək qəbul etməyib. Təcridxanada qorxublar ki, səhhətində problemlər yarana bilər. Bir növ məsuliyyətdən yayınmaq üçün onu xəstəxanaya göndəriblər”, vəkil qeyd edib.

Ə.Mustafayev Hüseynovun xəstəxanada ciddi müayinədən keçirildiyini və hər hansı xəstəliyin müəyyən edilmədiyini bildirib.

"Hazırda onun sənədlərini hazırlayırlar. Yenidən təcridxanaya qaytaracaqlar”.

Vəkilin sözlərinə görə, aclıq aksiyası fəalın səhhətinə ciddi təsirsiz ötüşməyib.

"O taqətdən düşüb, ayaq üstə güclə dayanır. Lakin, bu saatlarda artıq qida və su qəbul etdi”, Mustafayev qeyd edib.

 


Вернуться назад