Главная > Sosial > Baş həkim ruhi xəstəxanada “qoçu” saxlayır

Baş həkim ruhi xəstəxanada “qoçu” saxlayır


14-10-2017, 08:45.

                               Baş həkim ruhi xəstəxanada "qoçu” saxlayır

 

Bakının Maştağa qəsəbəsindəki 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında baş verən neqativ hallarla bağlı ölkə mətbuatında kifayət qədər məqalələr dərc olunub.

Xəstəxanada antisanitariya vəziyyəti, yorğan döşəklərin kir-çirkab içində olması, xəstələrə dərmanların baha qiymətə satılması, hətta ağıllı şəxslərin dəli adı ilə hərbi xidmətdən yayındırılması adi hala çevrilib.Bütün bunlar azmış kimi sən demə xəstəxananın baş həkimi vışebala-qoçu saxlayırmış.

NUH.az-a daxil olan məlumata görə, xəstəxananın baş həkimi Ağahəsən Rəsulov dəliləri "başa salmaq” üçünAzim ƏliyevvəElvin Şahbazovkimi idmançılardan xəstəxanada "vışebala”- qoçu kimi istifadə edir. Həmin şəxslər xəstələrə dəhşətli dərəcədə zülm edir, döyür və incidirlər. Məqsəd isə xəstələrin sahiblərindən pul almaqdır.

Daxil olan məlumatı dəqiqləşdirmək üçün(012) 455 10 91nömrəli telefonla xəstəxana ilə əlaqə saxladıq.

Telefona cavab verən katibə bildirdi ki, Həsən (Ağasən) müəllim məşğuldur. Bizim xahişimizdən sonra baş həkimin müavini olan xanımla danışmalı olduq. Baş həkimin müavini olan xanım heç bir sualımıza, hətta ad-soyadı ilə bağlı sualımıza cavab vermədi və kobud şəkildə " Nə istəyirsiniz yazın”deyərək telefonu qapadı.

 

 
Uluyol.az

Вернуться назад