Главная > Baş Xəbər / Aktual > Rəqqa şəhəri terrorçulardan tam azad olunub

Rəqqa şəhəri terrorçulardan tam azad olunub


14-10-2017, 00:47.

                   Rəqqa şəhəri terrorçulardan tam azad olunub

 

İŞİD terror təşkilatının əsas istinadgahı olan Suriyanın Rəqqa şəhəri ekstremistlərdən tam olaraq azad edilib.

 

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü "Al Arabiya" telekanalı məlumat yayıb. Bildirilir ki, quldur qruplaşmalarının sağ qalmış üzvləri "Azad Suriya Ordusu" silahlı koalisiyasının dəstələrinə təslim olublar.

 

Rəqqanın azad olunmasına iyunun 6-da başlanılıb. Əməliyyatlarda "Azad Suriya Ordusu"na ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri havadan dəstək verib.

 


Вернуться назад