Главная > Aktual > Rusiyada keçirilən sərgidə Azərbaycana qarşı təxribat - soydaşlarımız etiraz bəyanatı yaydı /FOTOLAR

Rusiyada keçirilən sərgidə Azərbaycana qarşı təxribat - soydaşlarımız etiraz bəyanatı yaydı /FOTOLAR


14-10-2017, 00:24.

Rusiyada keçirilən sərgidə Azərbaycana qarşı təxribat - soydaşlarımız etiraz bəyanatı yaydı /FOTOLAR

Rusiyanın Sankt-Peterburq şəhərində 12-14 oktyabrda təşkil olunan "INWETEX-CIS Travel Market" adlı turizm sərgisində erməni separatçılarının Azərbaycana qarşı növbəti təxribatı aşkarlanıb.

Ermənistanın stendində Azərbaycanın işğal olunmuş ərazilərinə dair separatçıların simvolları ilə şəkillər nümayiş olunur. İki gün ərzində sərgiyə heç bir reaksiya olmadığı üçün stend öz işini davam edib.

Lakin təxribat xarakterli stendlə bağlı Sankt-Peterburqun "Vətən" cəmiyyətinin sədri Məzahir Həsənov və ictimai xadim Samir Məmmədov kəskin tənqidlə çıxış edib, sərginin keçirildiyi "LENEXPO" müəssisəsinin rəhbərliyinə müvafiq müraciət ünvanlayıblar.
Müraciətdə təxribat xarakterli sərginin Azərbaycanın işğal edilmiş ərazilərində işğalçı rejiminin təbliğatına, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəldiyi və Rusiya Federasiyasının rəsmi mövqeyinə zidd olduğu vurğulanıb.

Bundan əlavə, müraciətdə Azərbaycan icmasının nümayəndələri stendin işinin davam etdirilməsi ilə bağlı öz narahatlıqlarını bildiriblər. Həmçinin, stenddə nümayiş olunan materialların millətlər arasında sülh və cəmiyyətin bütövlüyü prinsipiləri əsasına qurulan Rusiya Federasiyasının dövlət, milli siyasətinə zidd olduğunu qeyd ediblər.

Müraciətin müəllifləri sərginin təşkilatçılarının vaxtında və ədalətli reaksiyasına inanır, təcili şəkildə təxribat xaralterli stend ilə bağlı müvafiq tədbirlərin görülməsini tələb ediblər. Onlar Rusiyanın və BMT-nin nizamnaməsini tanıyan bütün dövlətlərin beynəlxalq mövqeyinə zidd olan separatizmin nüfuzlu beynəlxalq meydanlarda təbliğatına imkan verməməyə, belə materialların sərgilərə buraxılmamasına çağırırlar.//musavat.com

 

 
"ULUYOL"

Вернуться назад