Главная > Cəmiyyət > Azərbaycan alimi Qazaxıstanda keçiriləcək 7-ci Beynəlxalq Türkoloji Konqresə dəvət alıb

Azərbaycan alimi Qazaxıstanda keçiriləcək 7-ci Beynəlxalq Türkoloji Konqresə dəvət alıb


13-10-2017, 22:35.

Azərbaycan alimi Qazaxıstanda keçiriləcək 7-ci Beynəlxalq Türkoloji Konqresə dəvət alıb

 

AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, eyni zamanda Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasıyla Əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli (Qəzənfəroğlu) 18-20 oktyabr 2017-ci il tarixlərində Qazaxıstanın Türküstan şəhərində Uluslararası Xoca Əhməd Yəsəvi Türk-Qazax Universitetinin və onun nəzdindəki Türkolojiya İnstitununun düzənlədiyi 7-ci Beynəlxalq Türkoloji Konqresə dəvət alıb. Bu barədə uluyol.az-a məlumat verən Faiq Ələkbərli bildirib ki, "Təhlükədəki Türk dilləri” mövzusuna həsr edilmiş Beynəlxalq konfransda Azərbaycanı o təmsil edəcəkdir. Azərbaycan alimi Konqresdə "Quzey Azərbaycanda milli dil məsələsi və onun həll yolları (XX yüzil-XXI yüzilin başları)” mövzusunda məruzə edəcəkdir.

Uluyol.az



 

 


Вернуться назад