Главная > Mövqe > İraq muxtariyyətə 48 saat vaxt verdi
İraq muxtariyyətə 48 saat vaxt verdi13-10-2017, 20:59. |
İraq muxtariyyətə 48 saat vaxt verdiİraq mərkəzi hakimiyyətinə bağlı ağır hərbi texnika ilə silahlanan "Haşdi Şabi” qüvvələri Kərkük şəhərinin mərkəzindən 20 km aralıda yerləşiblər.
"Report” xəbər verir ki, onlar Kərkük vilayətinin qərb və cənub bölgələrində dislokasiya olunublar. 2014-cü ilin aprelində terrorçu İŞİD qruplaşması Kərkükün
Havicə rayonunu və ona bağlı 4 qəsəbəni ələ keçirmişdi. Bu yaxınlarda İraq
ordusu və "Haşdi Şabi” qüvvələri həmin ərazini terrorçulardan təmizləyib. Bu əməliyyatdan
sonra Kərkükdə güclər nisbəti dəyişməyə başlayıb. "Peşmərgə”nin 70 birliyinin komandanı Cəfər Mustafa Kərkükdə keçirdiyi toplantıdan sonra bildirib: "Atışma olmaması üçün İbadi (İraqın baş naziri Heydər əl-İbadini nəzərdə tutur – red.) və başqaları ilə danışıqlar apardıq. Savaşın olmasını istəmirik. Ancaq savaş qapımıza dayanarsa, savaşacağıq. Cənub Cəbhəsi komandanı Vesta Resul məktub yazaraq 48 saat ərzində hərbi bazalar, hava lmanı və neft quyularını təhvil verməyimizi istəyib. Federal polis güclərinin bu yerlərə girəcəyini də bildirib. Biz onların istədiklərini heç vaxt etməyəcəyik. Bunu yoxlaya bilərlər". İraqın şimalındakı yeri muxtariyyətin başçısı Məsud
Barzaninin oğlu Mansur Barzani silahlanaraq ötən gün Kərkükə gedib.
"ULUYOL"
Вернуться назад |