Главная > İdman > "Qarabağ"da "Atletiko" oyunu öncəsi CİDDİ İTKİ? - Qol vurdu, zədələndi - FOTOLAR

"Qarabağ"da "Atletiko" oyunu öncəsi CİDDİ İTKİ? - Qol vurdu, zədələndi - FOTOLAR


13-10-2017, 20:17.

"Qarabağ"da "Atletiko" oyunu öncəsi CİDDİ İTKİ? - Qol vurdu, zədələndi -FOTO

 

Azərbaycan Premyer Liqasının II dövrəsinə bu gün start verilib.

"İnter" meydanında "Qarabağ"ı qəbul edib.

Uluyol.az milli.az-a istinadən xəbər verir ki, hakimin oyunun əsas vaxtına əlavə etdiyi dəqiqələrdə rəqib qapısına vurduğu qolla matçda dubl edən Dino Ndlovu zədələnib. Belə ki, hücumçu rəqibin mərkəz müdafiəçisi Denis Silva Kruzla toqquşub. Qapı xəttindən içəri yıxılan Dino ayağa qalxa bilməyib və əl işarəsi ilə həkimləri çağırıb. Matç 0:2 hesabla "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb. Cənubi Afrika Respublikasından olan hücumçu həkimlərin köməyi ilə meydanı tərk edib.

Xatırladaq ki, oktyabrın 18-i "Qarabağ"ı Bakıda "Atletiko Madrid" ilə Çempionlar Liqasının 3-cü turunun oyunu gözləyir.

Həmin kadrları aşağıdakı şəkillərdə təqdim edirik:

 

 
"ULUYOL"

Вернуться назад