Главная > Aktual > “Bu baş verənlər özbaşınalıqdır” – Atambayev yenə Nazarbayevi tənqid atəşinə tutdu

“Bu baş verənlər özbaşınalıqdır” – Atambayev yenə Nazarbayevi tənqid atəşinə tutdu


13-10-2017, 17:25.

"Bu baş verənlər özbaşınalıqdır” – Atambayev yenə Nazarbayevi tənqid atəşinə tutdu

 

Qırğızıstan prezidenti Nursultan Nazarbayev Qazaxıstanla sərhəddə baş verən vəziyyəti şərh edib.

Avropa.info xəbər verir ki, o, bu halı özbaşınalıq adlandırıb:

"Üç gündür qırğız-qazax sərhədində Avrasiya İqtisadi İttifaqının bütün norma və müqavilələrinin pozulması ilə müşayiət olunan özbaşınalığı izləyirəm. Üç minillik tarixi olan xalq heç vaxt üçgünlük blokadadan qorxmaz. Xalqımız üçün şərəf hər şeydən üstündür. Hər şey görmüşük. 2010-cu ildə ayyarımlıq blokada baş vermişdi. Biz insanlarımızın əziyyətini görmüşdük, indiki qanunsuzluğun da ödəsindən gələrik, müstəqilliyimizi qoruyarıq”.

Onun sözlərinə görə, qonşu ölkələr sülh və razılıq çərçivəsində yaşamalıdır:
"Əgər qonşunun evini yandırmaq fikrin varsa, yadda saxla, külək istiqamətini dəyişə bilər və öz evin yanar. Qazaxıstanda dəhşətli aclıq olanda, yüz minlərlə qazax onlarla bir tikə çörəyini bölüşən xalqımızın həyatda qaldılar”.

Atambayev Qazaxıstan prezidenti Nazarbayevi də üstüörtülü tənqid atəşinə tutub:
"Heç vaxtlar xanlar, sultanlar, prezidentlər iki qardaş xalqı bir-birinə vura bilməyəcək. Qırğızlar heç vaxt heç kəsin qarşısında diz çökməyəcəklər”.

 


Вернуться назад