Главная > Dünya > Yaponiyada vulkan püskürməkdə davam edir

Yaponiyada vulkan püskürməkdə davam edir


13-10-2017, 00:18.

                                      Yaponiyada vulkan püskürməkdə davam edir

 

Yaponiyanın cənub-qərbində sakinlər ikinci gündür püskürməkdə davam edən vulkanı izləyir.

Altı ildə ilk dəfə püskürən Yaponiyanın Sinmoydaki vulkanı Miyazaki vilayətində bir neçə şəhəri təsirinə məruz qoyub.

Yaponiyanın TBS yayım şəbəkəsi Sinmoydaki-də orta məktəb şagirdlərinin dərsə başlarında təhülkəsizlik dəbilqələri, üzlərində maskalarla, piyada getdiyini nümayiş etdirib.

Rəsmilər böyük vulkan püskürmələri və bunun nəticəsində yaranan palçıq və qaz axınının kraterdən 2 kilometr məsafəyə çata biləcəyi barədə xəbərdarlıq edib və insanları bu ərazidən kənar dayanmağa çağırıb.

 


Вернуться назад