Главная > Siyasət > Yadigar Sadıqlıdan AXCP sədrinə cavab-"Həlledici məqam” deyilən zaman Müsavat bunları etdi...

Yadigar Sadıqlıdan AXCP sədrinə cavab-"Həlledici məqam” deyilən zaman Müsavat bunları etdi...


11-10-2017, 22:22.

Yadigar Sadıqlıdan AXCP sədrinə cavab-"Həlledici məqam” deyilən zaman Müsavat bunları etdi... 

Müsavat başqanının müavini Yadiğar Sadıqlı yazır…

Hörmətli Əli Kərimli jurnalist Sevinc Osmanqızına verdiyi müsahibə zamanı birlik barədə suala ad çəkməsə də çox güman ki,Müsavat Partiyasını "həlledici məqamda” birlikləri pozmaqda, xalqı məyus etməkdə qınayıb.

Müsavatın MŞ-nı tərk etmə səbəbləri barədə çox deyilib, çox yazılıb. Haqlı sayanların da, haqlı saymayanların da fikri artıq formalaşıb. Buna toxunmadan "həlledici məqam” iddiasına münasibət bildirmək istəyirəm.

Milli Şura 2013-cü ildə prezident seçkiləri ilə əlaqədar yaradılıb. Həlledici məqam da bu seçkilər olub. Müsavat Partiyası MŞ-nın seçkidə iştirak etməsi üçün əlindən gələni edib. Müsavatın qəti mövqeyi olmasaydı, boykot tərədarları qalib gələcəkdilər. Partiya bunun üçün əvvəlcə İsa Qəmbərin, daha sonra da vahid namizəd kimi görmək istədiyi Mehman Əliyevin namizədliyindən imtina edib.AXCP-nin ultimativ formada "ya Cəmil Həsənli, ya heç kəs” şərti ilə razılaşıb.Hörmətli professorun AXCP ilə bəlli münasibətləri fonunda, faktiki olaraq Müsavat ümumi işin naminə cəbhəçinin namizədliyini qəbul edib.

Müsavat Partiyasının qərargahında Cəmil Həsənlinin seçki qərargahı yerləşib. İmkanımız olan bütün şəraiti yaratmışıq, gücümüz çatan bütün köməyi göstərmişik. Sənədləşmə işlərinin böyük əksəriyyətini müsavatçılar aparıb. İmzatoplama kampaniyası zamanı ən çox imza müsavatçılar toplayıb. O cümlədən, bəzi rayonlarda öz kvotalarından əlavə cəbhəçilər üçün də toplayıblar. İlham Əliyevin namizədliyinin ləğv edilməsi barədə müraciətin məhkəmə baxışı zamanı MŞ-nı müsavatçılar təmsil edib. Seçki günü ən çox akt tərtib edən müsavatçılar olub. Bu aktlar əsasında bütün şikayətləri istisnasız olaraq müsavatçılar tərtib edib."Həlledici məqam” deyilən zaman Müsavat bunları edib. Bunun müqabilində Müsavatı həlledici məqamda birliyi pozmaqda ittiham etmək ən azı ədalətsizlikdir.

Seçkidən 3 ay sonra,artıq həlledici bir şey qalmayanda Müsavat Milli Şuranı tərk edib. Xalqın məyusluğuna gəlincə, bu addımı Müsavatın hüququ kimi təbii qarşılayıb, müxalifətdaxili didişmələrə rəvac verən "satqınlıq”, "hakimiyyətə işləmək”, "parlamentdə mandat almaq” kimi ittihamlar irəli sürülməsəydi və müsavatçılar da cavab vermək məcburiyyətində qalmasaydılar, heç bir məyusluq yaşanmayacaqdı.

Və nəhayət, ənənəvi müxaliət içində Müsavat bəlkə yeganə partiyadır ki, "özünə müxalifət deyən” dövrü heç zaman olmayıb.

İctimai rəyə hörmətlə təqdim edilir.

 

Uluyol.az

 


Вернуться назад