Главная > Region > Gəncə Gömrük İdarəsinin rəisi qanunsuz əlvan metal biznesini himayə edir?(FOTO

Gəncə Gömrük İdarəsinin rəisi qanunsuz əlvan metal biznesini himayə edir?(FOTO


19-01-2016, 20:52.

Gəncə Gömrük İdarəsinin rəisi qanunsuz əlvan metal biznesini himayə edir?(FOTO)

Gəncə Gömrük İdarəsinin rəisi prezidentin dəstəyini öz maraqlarına yönəldir?

Dövlət qulluqçularının adı əlvan metal biznesinə qarışdı….

Ötən həftə Qafqaz Xəbər Agentliyinə Tovu12571161_1671959896397214_1410183165_nz Gömrük İdarəsinin Rafiq adlı əməkdaşının Gəncə Gömrük İdarəsi ilə sövdələşməyə girərək, öz qohumuyla külli miqdarda əlvan metal ixracını gerçəkləşdirdiyi barədə məlumat daxil olub.Qafqaznews.az xəbər verir ki, məlumatda bu işləri həmin əməkdaşın qohumlarına aid "Camaloglu LTD” (VÖEN № 2303235001) şirkəti ilə birlikdə gördüyü qeyd olunur. Azərbaycanda böhran simptomlarının və dollar ajiotajının qarşısını almaq üçün dövlətin bütün iqtisadi rıçaqları, Mərkəzi Bankın və Dövlət Neft Fondunun valyuta rezervləri səfərbər olunduğu zamanda bəzi işbazların belə davranması yolverilməzdir.

12576146_1671959973063873_681742598_nHəmçinin, qeyd edək ki, dövlət başçımız da dəfələrlə məmurların biznesə qarışmasına və işbazlara himayədarlıq etməsinə qarşı çıxıb, bu cür hallara son qoymaq üçün dəfələrlə tapşırıqlar verib. Məsələyə nəzər saldıqda görünür ki, qadağan olunduğu halda, dövlət qulluqçusu kommersiya fəaliyyətinə girişir, həmçinin Gəncə Gömrük İdarəsi ilə də əlbir olaraq, ölkə iqtisadiyyatını çökdürməyə xidmət edən addımlar atır. "Camaloglu” kimi şirkətlər isə prezidentimizin iş adamlarına yaratdığı şəraitdən sui-istifadə edir.

Həmçinin bu "ixrac” əməliyyatında Gəncə Gömrük İdarəsinin rəisi Rauf Rzayevin də dəstəyi və himayəsi var. O, nəinki dəstək verir, həm də iqtisadiyyatım12576355_1671960009730536_645389231_nızın çökməsinə xidmət edən bu adamlara şərait yaradır. "Camaloglu LTD” şirkətinin fəaliyyətinə nəzər salsaq, bu şirkətin 06.11.2015 tarixində Gəncə Şəhər Ərazi Vergilər İdarəsindən VÖEN alaraq, "Konditer” adlanan zavodun həyətində qanunsuz yerləşdiyi, standartlara cavab verməyən metaləritmə ocağı qurması barədə məlumatlar da var.

Mənbə bildirir ki, İqtisadiyyat və Sənaye Nazirliyinin Gəncə İdarəsi tərəfindən də həmin şirkətə latun külçələrinin hazırlanmasına dair  yoxlanılmadan sertifikat verilib. Həmin "latun” adlanan külçələr isə saxta "invoice” ilə bir tonun dəyəri 1670 dollardan hesablamaqla ixrac olunur, Türkiyədə isə "Yakup” şirkətinə tonu 3420 dollara satılır. Beləliklə, iqtisadiyyatımıza külli miqdarda zərər vurulur. Məsələ ilə bağlı Gəncə Gömrük İdarəsi və Tovuz Gömrük İdarəsi ilə əlaqə saxlamağa çalışdıq, lakin cəhdlərimiz boşa çıxdı. Yaxın günlərdə Gəncə Gömrük İdarəsindən şok məlumatlar olacaq. Araşdırmamız davam edir, bizi izləyin.

Tamerlan Zeynallı


Вернуться назад