Главная > Müsahibə > "Ali məktəblərdə Türkologiya və Azərbaycan tarixi fənlərinin saatı azalır"- TƏHLÜKƏLİ MEYL

"Ali məktəblərdə Türkologiya və Azərbaycan tarixi fənlərinin saatı azalır"- TƏHLÜKƏLİ MEYL


10-10-2017, 20:34.

"Ali məktəblərdə Türkologiya və Azərbaycan tarixi fənlərinin saatı azalır"- TƏHLÜKƏLİ MEYL

Kərəm Məmmədov: "İstər orta, istərsə də ali məktəblərdə tarix dərsliyinin saatları artırılmalıdır”

 

"Hər bir ölkənin vətəndaşı öz dövlətinin, xalqının tarixini mütləq bilməlidir”.

 

Bu barədə"Sherg.az”a ali məktəblərdə Türkologiya və Azərbaycan tarixi fənlərinin saatının azaldılmasına münasibət bildirərkən tarixçi-alim Kərəm Məmmədov deyib.

 

O bildirib ki, hər bir millətin tarixə özünəməxsus yanaşması var:

 

"Məsələn, Rusiya tarixçiləri əsərlərində əsas slavyan tarixinin öyrənilməsi və provaslav dininin təbliği yer alır. Eynilə başqa ölkələrdə də tarixin tədrisi fərqli formadadır. Bizdə isə İslam dini və türk tarixi əsas olmalıdır. Bununla bağlı istər orta, istərsə də ali məktəblərdə tarix dərsliyinin saatları artırılmalıdır”.

 

10-cu sinif Azərbaycan tarixi dərsliyində yol verilən kobud səhvə də diqqət çəkən K.Məmmədov deyib ki, bu məsələ şübhəlidir:

 

"Əgər bu xəritədən istifadə edilibsə, niyə tək rus bölməsində belə səhvə yol verilib? Azərbaycan bölməsində çap olunan kitablarda bu xəritə yoxdur.

 

Bu dərsliklərdə ekvivalentin olmamasının kökü "Armeniya” və "Hayastan” arasında bərabərlik qoyulmasına gedib çıxır. Tarix ərzində vilayətin adı ilə bağlı səsləndirilən ifadələrin ermənilərlə heç bir bağlılığı yoxdur.

 

Məsələn, Fransanın ərazisi Qalliya adlanırdı və orada kentlər yaşayırdı. Sonradan frank adlanan alman tayfaları Qalliyaya sahibləndilər, həmin ölkəni Fransa adlandırdılar. Bundan əlavə, Bolqarıstan türk tayfası olan bulqarların adından yaransa da slavyan dövləti sayılır.

 

Bütün bunlara aydınlıq gətirilməlidir ki, oxucular, şagirdlər də çaşmasın. Harada "Armeniya” yazısını görürüksə, Ermənistanla bağlayırıq. Bu, düzgün deyil”.

 

Qeyd edək ki, ali məktəblərdə Azərbaycan tarixi və türkologiya fənlərinin saatlarının azaldıldığını "Sherg.az”a açıqlamasında tarixçi-alim Dilavər Əzimli deyib. Onun sözlərinə görə bu fənlərin saatları başqa fənlərə verilib.

 

Aysel Aslan

 


Вернуться назад