Главная > Yazarlar > Türkçəsi “qırıq” çoban Pərvin Səfərov

Türkçəsi “qırıq” çoban Pərvin Səfərov


10-10-2017, 21:10.

 

                                          Türkçəsi "qırıq” çoban Pərvin Səfərov

"O Səs Türkiyə" və yenə bir Azərbaycanlı istedad. Biri bəyənəndə biri mütləq bizimkilərə mız qoşmalıdı. Yıldız Tilbe sevilən və sayılan bir müğənnidir Türkiyədə, eləcədə Azərbaycanda. Amma ki, gəl gör biz sevilmirik orada. Birincisi türkçəsini bəyənmədiyi qardaşımız heç türk dilində də oxumurdu. O, axı öz dilimizdə oxuyurdu. O hardan bildiki bu adamın türkçəsi necədir? Yaxşı deyək pisdi dili, bu axı dil yarışması deyil, səs yarışmasıdır. Niyə kimsə bu xanımın yadına salmır ki, keçən illərdə bu yarışmanın birincisi türkcə danışa bilməyən bir azərbaycanlı idi. (Ki o da Yıldız xanım kimiləri tərəfindən dəstəklənməmişdi). Nə isə... Əsas odur bəyənildi, yarışmadadır. İstedadının və şansının yetdiyi yerə qədər davam edəcək Pərvin.
İndi keçək istedadından çox çobanlığının danışılmağına.
Yəni diqqət edən oldusa səsi qaldı bir tərəfdə çobanlıq dəhşətli bir şey imiş kimi danışılmağa başladı. Səsin, istedadın gördüyün iş və ya yaşadığın bölgə ilə nə kimi əlaqəsi var? Bu Yildız xanımın dili pisdi mən bunu seçə bilmərəm düşüncəsi ilə eyni deyilmi? Bizə nə var nə iş görür?! 
Başa düşüləndir ki, biz bu insanı açıq yaylaqlarda, qoyun otararkən oxuyub, paylaşdığı videolardan tanımışıq. Amma bu onun səsindən çox müzakirə olunmağına haqq qazandırmır. Ki, bu çoban o səhnəyə çıxmış çox təhsilli, konservatoriya məzunu insanlardan daha savadlı danışırdı.
O səhnə ekiz bacıları da görüb, toy müğənnilərimizi də, Elnur kimi istedadları da. Sadəcə səsin danışılmadığı o səhnədə biz çox azərbaycanlı yerinə utanmışıq. İndi qürur duymalıyıq.

 

Mən hələ bizim çox məşhur, çox pullu, çox bilməm nə müğənnilərimizdən danışmıram... Türkiyə kanallarına çıxanda "ay Allah görəsən nə quş buraxacaq ağzından” deyə nəfəsimizi tutaraq az baxmamışıq onlara. Bu mövzu haqqında yazmışdım nə vaxtsa, uzatmayacam. Pərvinə uğurlar, juriyə də insaflar diləyirəm.

 Turan İsayeva

    Uluyol.az

 


Вернуться назад