Главная > Siyasət > Serbiya prezidenti Ərdoğana təşəkkür etdi

Serbiya prezidenti Ərdoğana təşəkkür etdi


10-10-2017, 20:16.

                             Serbiya prezidenti Ərdoğana təşəkkür etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdarıq.

Axar.az xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandr Vuçiç söyləyib.

"Fətullah Gülən tərəfdarları ilə bizim əlaqəmiz ola bilməz. Serbiya demokratik yolda alınan qərarlara hörmət edir və heç vaxt bunun əleyhinə olmayacaq. Türkiyədən gələn iş adamları Serbiyaya sərmayə qoyublar. Bu, bizim üçün çox önəmlidir. Biz bu gün Türkiyə ilə sərbəst ticarət haqqında protokol imzalamışıq. Türkiyəli iş adamları Serbiyada fabriklər açacaq. Beləliklə, qida sahəsindəki məhsulların sayı artacaq. Biz aramızdakı gəliri bir milyarada çatdırmaq istəyirik”, - Vuçiç bildirib.

 


Вернуться назад