Главная > Ölkə > Müsavatda xüsusi toplantı: təşkilat sədrlərinə yürüşlə bağlı tapşırıqlar verildi

Müsavatda xüsusi toplantı: təşkilat sədrlərinə yürüşlə bağlı tapşırıqlar verildi


10-10-2017, 20:24.

 Müsavatda xüsusi toplantı: təşkilat sədrlərinə yürüşlə bağlı tapşırıqlar verildi

 

Müsavat Partiyası yürüş hazırlıqlarına start verib. Bu gün partiyanın qərargahında Müsavatın Bakı və ərazisi işğal olunmuş rayon təşkilatları sədrlərinin iştirakı ilə toplantı keçirilib.

Bu haqda "Basta”ya məlumat verən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib ki, iclasda təşkilat sədrlərinə oktyabrın 21-nə təyin olunan yürüşlə bağlı tapşırıqlar verilib.

Qeyd edək ki, Müsavat Partiyası 21 oktyabr 2017-ci il tarixdə saat 15:00-dan 17:00-dək yürüş keçirəcək. Bakı şəhər icra hakimiyyətindən yürüş üçün aşağıdakı marşrutlardan biri istənilib:

1) Bakı şəhəri, Binəqədi rayonunun ərazisindəki metronun "Azadlıq prospekti” stansiyasının çıxışından başlayaraq, Süleyman Sani Axundov küçəsindən keçməklə, metronun "Dərnəgül” stansiyasının qarşısındakı meydana qədər hərəkət etməklə və meydanda yürüşün qətnaməsinin oxunması;

2) Bakı şəhəri, Yasamal rayonunun ərazisindəki 20 saylı məktəbin yaxınlığındakı meydandan (keçmiş Əzizbəyov heykəlinin qarşısındakı meydan) başlayaraq, Hüseyn Cavid prospektindən keçməklə, Hüseyn Cavidin heykəli yerləşən bağdakı meydana qədər hərəkət etməklə və meydanda Qətnamənin oxunması.

Yürüş "Qarabağa azadlıq!”, "Siyasi məhbuslara azadlıq!”, "Xalqdan oğurlanan milyardlar geri qaytarılsın!”, "Sərbəst toplaşmaq azadlığı təmin edilsin!” və digər şüarlarla keçiriləcək.


 

IMG_0205
Вернуться назад