Главная > Aktual > Suriyada Rusiya hərbi təyyarəsi qəzaya uğrayıb

Suriyada Rusiya hərbi təyyarəsi qəzaya uğrayıb


10-10-2017, 14:27.

                         Suriyada Rusiya hərbi təyyarəsi qəzaya uğrayıb

 

Suriyada Rusiya Hava Kosmik Qüvvələrinə məxsus Su-24 bombardmançı təyyarəsi qəzaya uğrayıb.


APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə təyyarə Hmeymim aviabazasından havaya qalxarkən baş verib. Təyyarə uçuş-enmə zolağından kənara çıxaraq parçalanıb. Pilotlar katapult etməyə imkan tapmayıblar. Hər iki pilot ölüb.

 


Вернуться назад