Главная > Baş Xəbər > Krımın işğalını tanımamışıq, tanımayacağıq - Ərdoğan

Krımın işğalını tanımamışıq, tanımayacağıq - Ərdoğan


9-10-2017, 21:19.

                           Krımın işğalını tanımamışıq, tanımayacağıq - Ərdoğan

 

Krımın qeyri-qanuni ilhaqını tanımamışıq və tanımayacağıq.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Pyotr Poroşenko ilə görüşündə deyib.

"Ukraynanın Krım tatarlarına verdiyi dəstəyə görə məmnunluq duyuruq. Soydaşlarımızın vəziyyətini yaxından təqib etməyə və bu məsələni beynəlxalq ictimaiyyətin gündəmində saxlamağa davam edəcəyik. Bu barədə Ukrayna ilə koordinasiya halında işləməyə davam edəcəyik. Əlbəttə, Ukraynanın şərqindəki qarşıdurmaların tezliklə başa çatması ən böyük arzumuzdur. Məsələnin ancaq beynəlxalq hüquq və Ukraynanın ərazi bütövlüyü çərçivəsində həll olunacağına inanırıq", - Ərdoğan söyləyib. //axar.az

 


Вернуться назад