Главная > Mövqe > "İŞİD-ə silahı ABŞ verir" - Suriyalı generaldan ŞOK İTTİHAM

"İŞİD-ə silahı ABŞ verir" - Suriyalı generaldan ŞOK İTTİHAM


9-10-2017, 18:41.

                             "İŞİD-ə silahı ABŞ verir" -Suriyalı generaldan ŞOK İTTİHAM

 

 

Suriya ordusunun baş əməliyyat idarəsinin rəisi Əli Əl-Əli yeni açıqlma verib.

"Ölkə.Az" xəbər verir ki, general ABŞ-ı Suriyadakı terrorçuları silahla təmin etməkdə ittiham edib.

Açıqlamada deyilir: "Biz bilirik ki, ABŞ Suriyadakı terrorçulara 5 iyun-15 sentyabr tarixləri arsında 1421 qutu hərbi sursat və silah verib. Bu silahlar guya terrorçular qarşı mübarizə üçün nəzərdə tutulmuşdu. Amma nəticədə bu silah-sursat İŞİD terrorçularının əlinə keçib. Eyni zamanda Nusra Cəbhəsi qruplaşması da bu silahdan istifadə edir".

Onun sözlərinə əsasən, terrorçuların əlinə keçən silahın böyük hissəsini Amerika müdafiə şirkətləri- "Chemring" və "Orbital ATK" alır. Bu isə Pentaqonun ABŞ-ın müttəfiqlərinə yardım dövlət proqramı çərçivəsində baş tutur.
Silahlar Yaxın Şərqə dəniz yolu ilə çatdırılır.

 


Вернуться назад