Главная > Aktual > Türkiyənin ədliyyə naziri ABŞ səfiri ilə görüşdən imtina edib

Türkiyənin ədliyyə naziri ABŞ səfiri ilə görüşdən imtina edib


9-10-2017, 20:39.

                  Türkiyənin ədliyyə naziri ABŞ səfiri ilə görüşdən imtina edib

 

Türkiyənin ədliyyə naziri Abdulhami Gül ABŞ-ın Ankaradakı səfiri Con Bassla görüşməkdən imtina edib.


"Report” "Haber7"yə istinadən xəbər verir ki, görüş təklifini səfir verib, amma nazir bununla razılaşmayıb.

Xatırladaq ki, Ankarada səlahiyyət müddəti başa çatmış səfir Con Bass ötən həftənin sonunda Türkiyə hökumətinə qarşı bir sıra ittihamlar səsləndirmişdi.

Qeyd edək ki, ABŞ-ın Ankaradakı səfirlyinin müvəqqəti işlər vəkili Filip Kosnett Türkiyə Xairic İşlər Nazirliyinə çağırılıb. Diplomatdan ABŞ-ın Türkiyə vətəndaşlarına tətbiq etdiyi viza məhdudiyyətini aradan qaldırması istənilib.

 


Вернуться назад