Главная > Mövqe > BMT-dən Kürdüstanla bağlı laqeyd açıqlama

BMT-dən Kürdüstanla bağlı laqeyd açıqlama


8-10-2017, 22:49.

BMT-dən Kürdüstanla bağlı laqeyd açıqlama

 

Ərbil ilə rəsmi Bağdad arasındakı vəziyyəti yaxından izləyirik.

Axar.az xəbər verir ki, bu sözləri BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

"BMT-ni bölgədəki vəziyyətin qaydasına düşməsi üçün heç bir addım atmamaqda ittiham edənlər bilsin ki, biz bütün prosesləri yaxından təqib edirik”, - Düjarrik bildirib.

Qeyd edək ki, sentyabrın 25-də İraq Kürd Muxtariyyətində müstəqillik referendumu keçirilib. BMT referendumdan əvvəl İraqın ərazi bütövlüyünü dəstəklədiklərini bildirmişdi.

 


Вернуться назад