Главная > İdman > İtaliyanın canlı əfsanəsi futboldan gedir

İtaliyanın canlı əfsanəsi futboldan gedir


8-10-2017, 18:27.

                           İtaliyanın canlı əfsanəsi futboldan gedir

 

İtaliya və dünya futbolunun əfsanələrindən biri, "Mr. President”, "Memar” ləqəbli Andrea Pirlo 31 dekabr 2017-ci il tarixində futboldan gedəcəyini açıqlayıb.

Axar.az xəbər verir ki, "Nyu York Siti”nin şərəfini qoruyan futbolçu müqaviləsi bitdikdən sonra heç bir klubda oynamaq niyyətində olmadığını bildirib.

Karyerasına "Breşiya” futbol klubunda başlayan Pirlo 1998-99 futbol sezonunda "İnter”ə transfer olunub. Ulduz kimi parlayacağı "Milan” komandasına isə 2001-ci ildə qədəm qoyur. Andrea Pirlo "Milan” forması ilə 400 oyuna çıxır və bu oyunlarda 41 qol, 38 assist edir.

"Milan”dan sonra daha bir İtaliya nəhəngi "Yuventus”a transfer olan Pirlo burada demək olar ki, əvvəlki formasını bərpa edir. Avropadakı trendə sadiq qalan Pirlo karyerasını davam etdirmək üçün ABŞ-ın yolunu tutur.

İtaliya millisinin də şərəfini qoruyan Andrea Pirlo çıxdığı 116 oyunda 13 qol vurmağı bacarıb.

 


Вернуться назад