Главная > Ölkə > Cümhuriyyətimizin 100 illiyi ilə bağlı Təşkilat Komitəsi yaradıldı

Cümhuriyyətimizin 100 illiyi ilə bağlı Təşkilat Komitəsi yaradıldı


6-10-2017, 21:20.

              Cümhuriyyətimizin 100 illiyi ilə bağlı Təşkilat Komitəsi yaradıldı

 

Müsavat Partiyası Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi ilə bağlı Təşkilat Komitəsi yaradıb.

Bu haqda "Basta”ya Müsavatın mətbuat xidmətindən məlumat daxil olub.

"Müsavat Partiyasının Divanı müsəlman şərqində ilk parlamentli Respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinin layiqincə qeyd edilməsi üçün tədbirlər planını hazırlayıb həyata keçirmək məqsədilə Müsavat Partiyasının başqanı Arif Hacılının sədrliyi ilə Təşkilat Komitəsinin yaradılması barədə qərar qəbul edib”, – məlumatda bildirilir.

 


Вернуться назад