Главная > Aktual > ABŞ Kuba səfirliyinin 15 diplomatına ölkəni tərk etmələri üçün bir həftə vaxt verib

ABŞ Kuba səfirliyinin 15 diplomatına ölkəni tərk etmələri üçün bir həftə vaxt verib


3-10-2017, 22:40.

ABŞ Kubanın Vaşinqtondakı səfirliyinin 15 diplomatına ölkə ərazisini tərk etmələri üçün bir həftə vaxt verib.

"Report" "Milliyet"ə istinadən xəbər verir ki, buna səbəb ABŞ-ın Kubadakı səfirliyinin əməkdaşlarının və onların ailə üzvlərinin son bir ildə akustik hücumlara məruz qalmalarıdır.

Qeyd edək ki, artıq ABŞ-ın Havanadakı səfirliyinin işçilərinin yarıdan çoxu geri çağırılıb. Bundan başqa, ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarına Kubaya səfər etməməklə bağlı xəbərdarlıq edib.


Вернуться назад