Главная > Ümumi > Lənkəranda Enerji Satiş şöbəsinin rəisi rüşvəti belə yığır - ŞİKAYƏT

Lənkəranda Enerji Satiş şöbəsinin rəisi rüşvəti belə yığır - ŞİKAYƏT


18-01-2016, 23:36.
 
Lənkəranda Enerji Satış Şöbəsinin rəisi Cavid Talışinski haqda şikayət var. 

TİA.AZ-a daxil olan şikayət məktubunda qeyd olunub ki, Talışinski özünəməxsus rüşvətalma mexanizmi qurub. Məktubda deyilir: "Bütün kənd və şəhər üzrə nəzarətçi-mühəndis təyin edən C.Talışinski onlardan hər ay 300-350 manat rüşvət yığır. Lənkəranın Göyşaban kənd sakini Babayeva Rəfiqənin adında olan 25kv transfatorun texniki şərti olmadığı halda, dəyişdirilərək qeyri- qanuni 250kv transfator qoyulub. Nəticədə 700 manat Enerji Satiş şöbəsinin rəisi Cavid Talışinskinin cibinə girib. Bu 250 kv transfatordan rayonun Şaglaküçə kənd sakini Cəbiyev Namiq istifadə edir. Öhdəsində olan fermaya qanundankənar işıq verir. Lakin transfator sahibi Rəfiqə Babayevanin bu işdən xəbəri yoxdur. 
Osaküçə kəndində Həxl ərazisində yerləşən istirahət mərkəzində sayğac yoxdur. Bu sayğac üçün pulu Məmmədov Vilayət Talışınskiya nəğd pulla verir. Lənkəranın Göyşaban kəndində Samavar adlanan yerdə sayğac var. Lakin uçota düşməyib. 52.000 kv üstündə rəqəm var. Ağayev Elşən və Pənayev Rafiq bu sayğacın pulunu nəğd şəkildə C.Talışınskiya verir Göyşaban kəndində Hacı Müzəffərin həyətində küçə işıqlanması hesabata salınmayıb. 57.000 kv enerji satılıb və onun pulu da C.Talışınskiya çatır. Göyşaban kəndində küçə işıqlanmasından 9 sayğac var, ondan yalnız 3-ü işləyir. Sayğaclara baxan Vuqar Dadaşov C.Talışınskya nəğd aylıq verir. Hazırda nəzarətçi-mühəndis Əlibala Cavadov Aşağı Nüvədi ərazisində sayğacları dayandırmağla enerjidən qanunsuz istifadə edir. Nəzarətçi-mühəndis Ramiz Bəylərov onkoloji xəstədir, pensiyaçıdır, lakin C.Talışınski üçün pul yığır. Son dövrdə Azərişıqdan alınan sayğacların hara qoyulduğu məlum deyil. Əgər bunun hesabatı və texniki şərtləri soruşulsa bunun nəğd pulla satıldığının şahidi olarıq.
Şəhərdə qoyulmuş "SMART KART” sayğacının faktiki gücü ilə hesabatdakı gücü uyğun deyil. Sayğaclarda xüsusi kley ilə "A” möhürü çıxarılıb, xüsüsi dəmir ilə geri verilir. Nərimanabad 2-də Ağayev Salehin ərazisində 70 ədəd silinmiş sayğac var. Bu enerji pulları C.Talışınskinin cibinə gedir. CƏNUB RETSİ-nin Lənkəranda elektrik şəbəkəsində Enerji Satiş şöbəsində bu cür korrupsiya faktları çoxdur. Lənkəran camaatının min bir əziyyətlə qazandığı pulları C.Talışınski mənimsəyir. Lənkəranda elektrik şəbəkəsinin müdiri Şaiq Qəribovun bu işdən xəbəri olsa da heç bir tədbir görmür”.

Qarşı tərəfi dinləməyə hazırıq.
 
ULUYOL.İNFO

Вернуться назад