Ukraynada Zaporojye şəhərindəki hostellərdən birində baş
vermiş yanğın zamanı ölən azərbaycanlıların adları məlum olub.
APA-nın məlumatına görə, bunlar Ukrayna vətəndaşı, əslən Saatlı rayonunun
Minbaşılı kənd sakini, 1962-ci il təvəllüdlü Zeynalov İlham Nuru oğlu, Azərbaycan
vətəndaşı, Cəlilabad şəhər sakini, 1955-ci il təvəllüdlü Yelçiyev Balamirzə
Ağamirzə oğlu, Azərbaycan vətəndaşı, Ağdaş şəhər sakini, 1968-ci il təvəllüdlü
Əliyev Yaşar Məzahir oğlu və Azərbaycan vətəndaşı, Sabirabad rayonunun Türkadi
kənd sakini, 1978-ci il təvəllüdlü Abuşov İntiqam Yaşar oğludur.
Qeyd edək ki, iki gün əvvəl Ukraynanın Zaporojye şəhərindəki hostellərdən
birində baş verən yanğında 4 azərbaycanlı ölüb. Hosteldə baş verən yanğın
zamanı 4 nəfər hadisə yerində, bir nəfər isə xəstəxanada ölüb. Ölən digər şəxs
hostelin mühafizəçisi olub. Aralarında 2009-cu il təvəllüdlü uşağın olduğu 4 nəfər
isə xilas edilib.
Hosteldə əsasən topdansatış tərəvəz bazarının satıcılarının qaldığı bildirilir.
Вернуться назад
|