Главная > Türk Dünyası / Müsahibə > “Türklər qədər param-parça vəziyyətdə olan ikinci bir millət tapmaq çətindir”

“Türklər qədər param-parça vəziyyətdə olan ikinci bir millət tapmaq çətindir”


3-10-2017, 16:39.

                   "Türklər qədər param-parça vəziyyətdə olan ikinci bir millət tapmaq çətindir”

Sabir Rüstəmxanlı: "Ortaq dəyərlərimiz ətrafında birləşməyimizə ciddi ehtiyac var”

 

Bu gün Türk Dövlətlərinin həmrəylik günüdür. Maraqlıdır, bəs türk xalqları, türk dövlətləri arasındakı həmrəyliyin səviyyəsi qənaətbəxş hesab oluna bilərmi?

 Moderator.az-a açıqlama verən sabiq millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı bu sahədə vəziyyətin ürəkaçan olmadığını vurğuladı:

 

"Hesab edirəm ki, bu gün bir türk dünyası olaraq ortaq dəyərlərimizi müdafiə etməyə, bu dəyərlər ətrafında birləşməyə ciddi ehtiyac var. Türklər qədər param-parça vəziyyətdə olan ikinci bir millət tapmaq çətindir. Çağdaş dünyamızda buna misal olaraq bir sıra nümunələr mövcuddur. Cənubi Azərbaycan nümunəsi də bunlardan biridir. Bu səbəbdən də hesab edirəm ki, həmrəyliyimiz istiqamətində daha effektiv addımlar atmağa ehtiyac var”.

 

 

 
"ULUYOL"

Вернуться назад