Главная > Dünya > İraqdan həmlə: Kərkük ətrafında 35 kənd azad edildi

İraqdan həmlə: Kərkük ətrafında 35 kənd azad edildi


3-10-2017, 19:53.

                     İraqdan həmlə: Kərkük ətrafında 35 kənd azad edildi

 

İraqın Kərkük şəhərinin cənub-qərbindəki Haviya bölgəsində 35 kənd terrorçulardan azad edilib.

Bu barədə məlumatı İraq Jurnalistlər Birliyinin üzvü Əhməd Əlhüseyn verib.

Haviya Qurtuluş Ordusunun komandiri general-leytenant Əbdül Əmir Rəşid əl-Yarallahın sözlərinə görə, antiterror qüvvələrinin keçirdiyi əməliyyatın ikinci mərhələsində yaşayış əraziləri terrorçulardan tam azad edilib.

Xatırladaq ki, antiterror əməliyyatları bir neçə gün öncə start götürmüşdü.//axar.az

 

 



Вернуться назад