Главная > İdman > Rəşad Sadıqov vida oyununa çıxacaq
Rəşad Sadıqov vida oyununa çıxacaq2-10-2017, 15:08. |
Rəşad Sadıqov vida oyununa çıxacaqAzərbaycan millisinin və "Qarabağ”ın kapitanı Rəşad Sadıqov yığma karyerasını başa vuracaq. Futbol+ xəbər verir ki, Sadıqov DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabrın 5-də Çexiya millisinə qarşı oyunda sonuncu dəfə yığma komandamızın formasını geyinəcək. Qeyd edək ki, Rəşad Sadıqov 2001-ci ildən Azərbaycan milli komandasının formasını geyinir. O, meydana çıxdığı 110 oyunda 5 dəfə rəqib qapılarına yol tapmağı bacarıb.
Вернуться назад |