Главная > Dünya > İŞİD Havicada neft quyularını yandırıb

İŞİD Havicada neft quyularını yandırıb


2-10-2017, 19:53.

İŞİD terror qruplaşması Havicaya qarşı əməliyyat başladan İraq ordusuna neft quyularını verməmək üçün onları yandırıb.

AZƏRTAC xəbər verir ki, Suriya və İraqda təşkilatlanmağa davam edən İŞİD Havicadakı bütün neft quyularını yandırıb. Havicanı itirəcəyini anlayan İŞİD bölgədən çıxmağa hazırlaşarkən buradakı neft quyularını yandırıb.

Qeyd edək ki, İraqın əsas neft bölgəsi olan Mosulda da orduya uduzan İŞİD şəhərdən çıxarkən buradakı bütün neft quyularını yandırmışdı.

 


Вернуться назад