Главная > Region > Nazirin qəbulunda qalmaqal

Nazirin qəbulunda qalmaqal


1-10-2017, 14:08.

                                             Nazirin qəbulunda qalmaqal

 

Xəbər verdiyimiz kim ölkə başçısının tapşırığına əsasən bölgələrədə mütəmadi olaraq nazirlər,komitə rəhbərləri hər ay vətəndaşları qəbul edirlər. Senyabrın 28-də Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırov Daşkəsən şəhərində yerləşən Dövlət Arxiv İdarəsində Daşkəsən, Gəncə, Gədəbəy, Samux, Göygöl rayonlarının vətəndaşlarını qəbul edib.

Əgər buna qəbul demək olarsa. Xalq.az-a verilən məlumata görə əvvəlcədən hazırlanmış 10-15 nəfər qəbula buraxılıb. Şikayətçilər Dövlət Arxiv İdarəsinn önündə gözləsələrdə ancaq siyahı ilə keçirilən qəbulda müxtəlif təkliflərlə gələnlər nazirlə görüşə buraxılıb.Nazir təxminən 30-dəqiqə qəbul keçirdi. Sonra idarənin önündə qəbul vaxtı sona çatdığını bildirərək vətəndaşlara növbəti dəfə qəbula gəlməyə tövsiyyə olunub. Gədəbəydən və Samuxdan gələn vətəndaşlar uzaq yol gəldiklərini bildirsələrdə heç bir nəticəsi olmayıb.

Məlumatla bağlı Ekologiya və Təbii Sərvətlər nazirliyinə müraciət etsəkdə bu barədə açıqlama verilmədi.

 

"ULUYOL"

 


Вернуться назад