Главная > Region > Salyanda 10 yaşlı uşaq kanalda batdı

Salyanda 10 yaşlı uşaq kanalda batdı


18-01-2016, 20:13.

 

Salyanda 10 yaşlı uşaq kanalda batıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Salyan rayonu, Şirin Su kanalının Qaraçala kəndi ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 30 km aralı, nəzarətsiz ərazidə) 2006-cı il təvəllüdlü Dadaşlı Emil Əvəzağa oğlunun suda batması haqqında məlumat daxil olub.

 

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq E.Dadaşlının cəsədinı batdığı yerdən 500 metr aralıdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 


Вернуться назад