Главная > Ölkə > Aşura günü Bibi-Heybət məscidində izdiham yaşandı - VİDEO - FOTOLAR

Aşura günü Bibi-Heybət məscidində izdiham yaşandı - VİDEO - FOTOLAR


1-10-2017, 11:39.

                   Aşura günü Bibi-Heybət məscidində izdiham yaşandı - VİDEO - FOTOLAR

Məhərrəm ayının 10-cu günü olan Aşura günü Bakı məscidlərində əzadarlıq mərasimləri ilə qeyd olunur.

Musavat.com-un Bibi-Heybət məscidində olan əməkdaşı xəbər verir ki, bu məsciddə əza mərasimi ilə yanaşı qanvermə aksiyası da keçirilir.

Hazırda məsciddə izdiham yaşanır. Məscidin həm ibadət otaqlarında, həm də həyətində İmam Hüseyn əzadarları mərsiyə oxuyub, sinə vurur. Aşura günündə Kərbəlada baş verənlərlə bağlı məscidin axundunun möizəsini dinləyən ziyarətçilər göz yaşlarına hakim ola bilmirlər.

Məsciddə ehsanlar da paylanılır.

İnsanların kütləviliyi nəzərə alınaraq, ərazidə güclü mühafizə sistemi qurulub. Həm yolda, həm də məscidin giriş-çıxışında polis nəzarəti gücləndirilib.

Qeyd edək ki, bu mərasim günorta namazı vaxına kimi - "qətl sınana kimi" davam edir.

Xatırladaq ki, Hicri təqvimi ilə 61-ci ildə İmam Hüseynin və silahdaşlarının Kərbəlada şəhid edildiyi bu tarix İslam dünyasında matəm günü kimi qeyd olunur.

Məğrur Mərd


 


Вернуться назад