Главная > Ümumi > Dağıstanda 5 nəfər donuz qripindən öldü

Dağıstanda 5 nəfər donuz qripindən öldü


18-01-2016, 20:09.

 

Dağıstanda pnevmoniyadan ölən 5 nəfərdə donuz qripi aşkar edilib. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Dağıstan Səhiyyə nazirliyinin mətbuat xidmətinin rəhbəri Zarina Aqamadova bildirib.

 

"Respublikada pnevmoniya xəstəliyindən ölən 5 nəfərdə donuz qripi aşkar edilib. Onlardan biri uşaqdır. Ölənlərdən 4-ü Mahaçqala, 1 isə İzberbaş şəhər sakinidir”, deyə Z. Aqamadova qeyd edib.

 

Onun sözlərinə görə, dekabrın 1-dən Dağıstanda 68 nəfərdə donuz qripinə yoluxma halları qeydə alınıb.


Вернуться назад