Главная > Ümumi > Müsavat Divanı növbəti yığıncağını keçirib

Müsavat Divanı növbəti yığıncağını keçirib


18-01-2016, 19:54.

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

Qardaş Türkiyə Cümhuriyyətində terror nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclasda qərarların icrası və görülən işlər barədə məlumatlar dinlənilib.

Vəkil Nemət Kərimli Gəncə şəhəri Nizami rayon məhkəməsində Məhəmməd Əmin Rəsulzadənin şərəf və ləyaqətinin deputat Naqif Həmzəyev tərəfindən təhqir edilməsi ilə bağlı Müsavatın şikayətinə dair məhkəmənin hazırlıq iclası və növbəti məhkəmə prosesinın fevralın 3-də saat 10.30-da keçiriləcəyi barədə məlumat verib.

20 Yanvar günü  saat 13.00-da Şəhidlər Xiyabanında Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda şəhid olanların məzarlarının ziyarət  olunması barədə qərar qəbul olunub.

Müsavat Partiyasının Məclisində əsas kimi qəbul olunmuş 2016-cı il Fəaliyyət İstiqamətləri barədə tədbirlər planına edilən əlavə və dəyişikliklər təsdiq edilərək, ictimailəşdirilməsi qərara alınıb.

Respublikanın regionlarında iqtisadi tələblərlə keçirilən aksiyalar geniş müzakirə olunub. İclasda Müsavat fəallarının polis orqanlarına çağrılıb xəbərdarlıq edilməsinin qanunazidd olduğu bir daha vurğulanıb.

Qonşu İran dövlətinə tətbiq edilən beynəlxalq sanksiyaların aradan qaldırılmasının dünyada və regionda gedən proseslərə təsiri barədə fikir mübadiləsi aparılıb.

Sonda cari məsələlərə baxılıb.

18 yanvar 2016-cı il


Вернуться назад