Главная > Baş Xəbər > İspaniya hökuməti Kataloniya rəhbərindən referendumun ləğv olunmasını tələb edir

İspaniya hökuməti Kataloniya rəhbərindən referendumun ləğv olunmasını tələb edir


29-09-2017, 00:35.

              İspaniya hökuməti Kataloniya rəhbərindən referendumun ləğv olunmasını tələb edir

 

İspaniya hökuməti Kataloniyanın rəhbəri Karles Puçdemondan oktyabrın 1-nə təyin olunmuş referendumun ləğv olunmasını tələb edir.

AZƏRTAC xəbər verir ki, ABC nəşrinin yaydığı məlumata görə, bunu çərşənbə axşamı günü təhlükəsizlik məsələləri üzrə dövlət müşaviri Xose Antonio Nyeto deyib. O, plebist ərəfəsində Kataloniya Təhlükəsizlik Şurasının iclasında iştirak edib.

İspaniya DİN-də, həmçinin qeyd ediblər ki, regional polisin məhkəmə qərarını yerinə yetirməsinə kömək göstərmək üçün bütün qüvvələri sərf edəcəklər. Nazirlik region əhalisini sakitliyə çağırır və vəd edir ki, qanun qorunacaq.

Xatırladaq ki, rəsmi Madridin kəskin etirazına və İspaniya Konstitusiya Məhkəməsinin qadağasına baxmayaraq, Kataloniya hökuməti muxtariyyətin müstəqilliyi barədə səsvermənin keçirilməsində israrlıdır. Bir müddət əvvəl İspaniya mülki qvardiyası Barselonada xüsusi əməliyyat keçirib: 41 məntəqədə axtarış aparılıb, 14 nəfər saxlanılıb, referendum üçün nəzərdə tutulan 10 milyon bülleten müsadirə edilib. Bu günlərdə isə Kataloniyaya əlavə polis qüvvələri yeridilib.

Mərkəzi hakimiyyətlə muxtar regionun hökuməti arasında münasibətlər getdikcə gərginləşir. İspaniyanın hakimiyyət dairələri əmin edirlər ki, referendum olmayacaq, Kataloniya hökuməti isə əmindir ki, plebist baş tutacaq.

 


Вернуться назад