Главная > İdman > “Bavariya”nın baş məşqçisi Karlo Ançelotti istefaya göndərilib

“Bavariya”nın baş məşqçisi Karlo Ançelotti istefaya göndərilib


28-09-2017, 23:31.

               "Bavariya”nın baş məşqçisi Karlo Ançelotti istefaya göndərilib

 

 

Almaniyanın "Bavariya” komandasının baş məşqçisi Karlo Ançelotti istefaya göndərilib.

"Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Münhen təmsilçisi müvəqqəti olaraq köməkçi-məşqçi Villi Sanyola həvalə olunub. O, komandanı Bundesliqanın VI turunda "Herta” ilə görüşə çıxaracaq. Bundan sonra yeni baş məşqçinin adı açıqlanacaq.

Qeyd edək ki, "Bavariya” ötən gecə Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində Fransada PSJ-yə 0:3 hesabı ilə uduzub. Münhenlilər Bundesliqada 6 turdan sonra 13 xalla 3-cü pillədə qərarlaşıb. Karlo Ançelotti 1 iyul 2016-cı ildən Almaniya təmsilçisinə rəhbərlik edir. Onun komandası ötən mövsüm ölkə çempionu olub.

 


Вернуться назад