Главная > Baş Xəbər > ABŞ-ın başçılıq etdiyi koalisiya Rakkadakı İŞİD üzvlərinin sayını açıqlayıb

ABŞ-ın başçılıq etdiyi koalisiya Rakkadakı İŞİD üzvlərinin sayını açıqlayıb


28-09-2017, 23:59.

                      ABŞ-ın başçılıq etdiyi koalisiya Rakkadakı İŞİD üzvlərinin sayını açıqlayıb

 

Suriyanın Rakka şəhərində əcnəbi döyüşçülər də daxil olmaqla, İŞİD terror qruplaşmasının 400-800 üzvü var.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın başçılıq etdiyi koalisiyasının nümayəndəsi Rayan Dillon deyib.

"Bizim hesablamalarımıza görə, Rakkada 400-800 İŞİD üzvü var. Onların əksəriyyəti əcnəbilərdir və sonadək mübarizə aparacaqlar”, - deyə o bildirib.

Bir müddət əvvəl Rusiyanın Müdaifə Nazirliyi Suriya ərazisinin 87 faizinin İŞİD qruplaşmasından azad edildiyini açıqlayıb.

 


Вернуться назад