Главная > Baş Xəbər > Qənirə Paşayeva Türk dünyasına çağırış etdi: "Bir-birimizə hər zaman böyük dəstək olmalıyıq" - VİDEO
Qənirə Paşayeva Türk dünyasına çağırış etdi: "Bir-birimizə hər zaman böyük dəstək olmalıyıq" - VİDEO28-09-2017, 18:19. |
Bu gün Türk dünyasının müxtəlif
bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi
problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə
bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib:”Bir
türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir.
Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək
olmalıyıq. İnşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində
Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl
bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün
uzaqda deyil. Bütün Türk, müsəlman çoğrafiyasında yaşayan, bu gün acı və kədər
içində olan qardaş-bacılarımıza dəstək olmalıyıq və mən sizi bu gün Suriyada
Bayırbucakda, İraqda Təlafər, Kərkükdə, Krımda, Axısxada, Qarabağda, harada əziyyət
çəkən insanımız varsa onlara hər zaman əlinizdən gələn köməyi əsirgəməməyə
çağırıram. Allah insanımıza hər zaman hər yerdə yardımçı olsun”- deyərək bitirib.
Millət vəkili Q.Paşayeva tədbirdə özünün müəllifi olduğu "Böyük Azərbaycanım” və
"Türkiyəm” şeirini də səsləndirib.
Вернуться назад |