Главная > GÜNDƏM > İŞİD-in İstanbulda planlaşdırdığı terror aktının qarşısı alınıb

İŞİD-in İstanbulda planlaşdırdığı terror aktının qarşısı alınıb


27-09-2017, 22:16.

Türkiyə polisi İstanbulda həyata keçirilməsi planlaşdırılan terror aktının qarşısını alıb.

Report xəbər verir ki, bu barədə yerli KİV-lər şəhər polisinə istinadən məlumat yayıb.

Polisin məlumatına görə, sentyabrda saxlanılan 3 döyüşçüdə 2013-cü ildə Bostonda terror aktı zamanı istifadə olunmuş partlayıcı qurğunu hazırlamaq üçün instruksiya aşkar edilib.

Saxlanılan şəxslərin üzərində həmçinin İŞİD qruplaşmasının həyata keçirdiyi edamların videoyazıları tapılıb.

 


Вернуться назад