Главная > Mədəniyyət > Xədicə İsmayıl Alternativ Nobel aldı

Xədicə İsmayıl Alternativ Nobel aldı


26-09-2017, 17:53.

''Dürüstlüyə görə'' mükafatı dekabrda jurnalistə təqdim olunacaq

 

Jurnalist Xədicə İsmayıl Alternativ Nobel mükafatına layiq görülüb. Mükafat "Right Livelihood Award” – "Dürüstlüyə görə” adlanır.

 

Bu barədə Meydan TV-yə danışan araşdırmaçı jurnalist bildirib ki, laureatlardan biri olması haqda onu bilgiləndirmişdilər.

 

"Right Livelihood Award” Fondu 1980-ci ildə jurnalist Yakob fon Yukskullem tərəfindən təsis olunub.

 

Mükafat ekologiyanın qorunması, insan haqları, sağlamlıq, təhsil sahələrində çalışanlara verilir.

 

Təqdimat hər il dekabrın 9-da keçirilir. Beynəlxalq münsiflər heyəti 3 milyon İsveç kronundan ibarət olan mükafatı 4 qalib arasında bölür.

 

X.İsmayıl 2014-cü il dekabrın 5-də Cinayət Məcəlləsinin(CM)125-ci maddəsilə həbs edilib.

 

Jurnalist vergidən yayınma, mənimsəmə, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamlarıyla 7 il 6 ay azadlıqdan məhrum edilib.

 

Ali Məhkəmə 2016-cı ilin mayın 25-də mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları üzrə jurnalistə bəraət verib və o, 3 il 6 ay şərti cəza ilə azadlığa buraxılıb.

 


Вернуться назад