Главная > Dünya > Türkmən Dağından kritik mesaj - "Haqqınızı halal edin"

Türkmən Dağından kritik mesaj - "Haqqınızı halal edin"


18-01-2016, 01:54.
 
Suriyada  Əsəd  güclərinə qarşı vuruşan  türkmənlərinin  Sultan Əbdülhəmid Briqadasının mətbuat sözçüsü Mustafa Abdullah Türkmen Dağındakı son vəziyyət haqqında açıqlama verib.

Avropa.info Türkiyə mətbuatına istinadən  Mustafa Abdullahın açıqlamasını təqdim edir:

"Dünən  səhər saat 5  radələrində  Türkmən Dağına Rusiya təyyarələrinin havadan dəstəyi ilə quru hücumu başlandı. 2 bölgədən başlayan hücumda  İrandan gələn muzdular , Hizbullah və rejim əsgərləri ilə  Mihraç Uralın  dəstəsi iştirak edirdi.
 
1-ci bölgə Çardaqlı cəbhəsində , 2-ci dairədə isə Dagdahan xəstəxanasının yaxınlığından başlayan hücumlara lazımi cavab verdik. Lakin intensiv hava hücumları və bombardıman nəticəsində geri çəkilməyə məcbur olduq.
 
Çardaqlı kəndi bütün müdafiə və müqavimətə baxmayaraq tamamilə rejimin nəzarətinə keçmişdir. Dagdahan cəbhəsində isə şəhid məzarlığı və ətrafındakı təpələr,Kulcuk kəndindəki strateji yüksəkliklər də rejim nəzarətinə keçmişdir. Allah yardımçımız olsun.  Haqqınızı halal edin" 
 


Вернуться назад