Главная > Cəmiyyət > Osman Gündüz: “İnternetin keyfiyyəti ilə bağlı problem artıq adiləşib
Osman Gündüz: “İnternetin keyfiyyəti ilə bağlı problem artıq adiləşib26-09-2017, 18:35. |
Amma görəsən nə üçün vəziyyət yaxşılaşmır, nə üçün keyfiyyət təmin olunmur? Bu sözləri Azərbaycan İnternet Forumunun (AİF) prezidenti internetnet surətinin zəif olmasına münasibət bildirərəkən deyib. Osman Gündüz bu barədə öz "Facebook” səhifəsində yazıb. Osman Gündüz:"İnternetin keyfiyyəti ilə bağlı problem artıq adiləşib. Belə görünür NRYTN mövcud vəziyyətlə barışıb. Güman ki dövlət provayderlərinin internet bazarında hökmran mövqeyi, özəl provaydrelərə tətbiq olunan qeyri-qanuni tariflər və infrastruktur problemləri də bazarda vəziyyəti normallaşdırmağa mane olur. Bundan istifadə edən provayderlər də sakitcə "çəkidə aldadırlar”. Hər dövrün öz perepiskası olurmuş. Zaman vardı ki kağız üzərində, rəqəmlərdə pambıq, tütün
vardı amma faktiki məhsul yox idi. Amma faktiki sürət yoxdur. Yeri gəlmişkən, provayderlərə tətbiq olunan bir neçə qeyri-qanuni ( yəni Tarif Şurasının təsdiq etmədiyi ), izahı olmayan tarifləri də qeyd etmək istərdim : 1. İnternet xidmətinin təşkili
üçün provayderin ATS-də 1 kv. metr sahədə yerləşdirdiyi rabitə şkafının aylıq
icarə haqqı – 230 manat Bunlar hamısı aylıq icarə haqlarıdır. Heç birisini də Tarif Şurası təsdiq etməyib. Və kabel-kanal sisteminin tutumu və imkanlarını hesabladıqda kifayət qədər böyük rəqəmlər alınır. Amma görəsən nə üçün vəziyyət yaxşılaşmır, nə üçün keyfiyyət təmin olunmur? Dövlətə məxsus olan kabel-kanal sistemindən istifadə ilə bağlı uzun müddət gözlənilən yeni qaydalar və yeni tariflər harda qaldı? Yeri gəlmişkən qeyd edim ki mövcud vəziyyətin müzakirəsi üçün provayderlərin və digər maraqlı tərəflərin iştirakı ilə geniş tərkibdə toplantının keçirilməsi ilə bağlı təklifimizi də NRYTN-ə təqdim etmişik.”//bastainfo.com
Вернуться назад |